“Məşğulluq problemi ilə bağlı müzakirələr təşkil olunmalıdır”.
Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Azay Quliyev Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı bildirib.
“Etiraf etməliyik ki, ölkəmizdə məşğulluqla bağlı ciddi problemlər var. Seçililərimizin bizə ən çox müraicət etdiyi məsələ məhz işlə təminat problemi ilə bağlı olur" deyən deutata görə, yaxşı olardı ki, bu məsələ ilə məşğul olan qurumlar müvafiq məsələlərlə bağlı MM-ə əlavə məlumat versinlər.
A.Quliyev, eyni zamanda, təklif edir ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsi və müvafiq qurumlar əhalinin məşğulluğu ilə bağlı müzakirə keçirsin:
"Müzakirələr zamanı qurumlar bizə məşğulluqla bağlı əsas problemlərin nədən ibarət olduğunu qeyd edər və bizim bəzi seçicilərimizin müraciətlərinə niyə baxılmadığı ilə bağlı suallarımızı cavablandırarlar”
Nuranə Daxilqızı
















