• Bakı 18° C

    1.41 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

"Bu vəsait yoxsul təbəyə verilsin"

CƏMİYYƏT

17 Fevral 2023 | 15:11 | Müəllif: Qalib İbrahimoğlu

"Bu vəsait yoxsul təbəyə verilsin"

“Artıq vəsaitlər investisiya kimi yatırılmaqdansa, yoxsul təbəqəyə verilsin”.

Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı bildirib.

“Biz, “İşsizlikdən sığorta haqqında” qanuna dəyişiklik etməklə dövət büdcəsi hesabına formalaşdırılan quruma investisiya yatırmaq hüququ veririk" deyən Həsənquliyev bildirib ki, bu, Konstitusiya ilə zidiyyət təşkil edir.

Deputat İşsizlikdən Sığorta Fonduna investisiya qoyma hüququnun verilməsinə etiraz edib. Bildirib ki, bu, kommersiya hüququnun verilməsi deməkdir:

"Bu vəsaitələrdən investisiya kimi istifadə olunması biznes riski yaradır. Bəs, həmin investisiya batsa, nə olacaq?”

Qüdrət Həsənquliyev Fondun artıq vəsaitlərinin investisiya kimi qoyulmasını doğru hesab etmədiyini, həmin pulların əhalinin yoxsul təbəqəsinə verilməsinin daha doğru olduğunu qeyd edib.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026