• Bakı 22° C

    6.67 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Bu xurmanın qiyməti 60 manatdır

CƏMİYYƏT

05 Aprel 2022 | 12:55 | Müəllif: Subhan Mahmudov

Bu xurmanın qiyməti 60 manatdır

Ramazan ayında ən çox alınan nemətlərdən biri xurmadır. Hazırda marketlərdə qablaşdırılmış xurmanın qiymətində endirim müşahidə olunur. Marketlərdə xurma növünə görə 2,40-13 manat arasında dəyişir.

Bakıvaxtı.az xəbər verir ki, quru meyvə dükanlarında xurmanın qiyməti marketlərə nisbətən daha bahadır.

Mədinə xurmasının kilosu bəzi dükanlarda növünə görə 5-10 manatdır. Bəzilərində İrandan gələn Mədinə xurması 14 manat, Səudiyyədən gələn isə 30 manatdır. İran xurması 4-5 manat arasında dəyişir. Tunis xurması 7 manat, Fələstin-İsrail xurması 25-30 manatdır.

Dükanlarda ən baha xurma “peyğəmbər xurması” sayılan ajvadır. Kilosu 60 manatdır.(axar.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR