• Bakı 29° C

    4.31 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Bu yolda hərəkət məhdudlaşdırıldı

CƏMİYYƏT

26 Iyun 2021 | 17:06

Bu yolda hərəkət məhdudlaşdırıldı

Saray qəsəbəsinə gedən yolda hərəkət məhdudlaşdırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciət edib.

Müraciətdə deyilir: “Bu gündən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 22-ci kilometrliyindən 23.5-ci kilometrədək olan yol sahəsində təmir işləri başlanılıb. Bir neçə gün aparılacaq yol təmir işləri ilə əlaqədar həmin ərazidə Dövlət Yol Polisinin stasionar postunun yanından Saray qəsəbəsinə gedən yolda hərəkət məhdudlaşdırılıb. Qeyd olunanları nəzərə alaraq, Saray qəsəbəsinə gedən sürücülərə Bakı-Quba-Rusiya yolunun 16-cı kilometrliyində körpüdən keçməklə alternativ yoldan istifadə etmələri tövsiyə olunur”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Sentyabr 2026
12 Sentyabr 2026