Dənizkənarı Milli Parkının son vəziyyəti paytaxt sakinlərini ürəyini yandırıb.
Bakıvaxtı.az xəbər verir ki, bulvarın yeni ərazisində yerə döşənmiş metlaxların böyük bir hissəsi sıradan çıxıb.
Bu barədə sosial şəbəkələrdə fotogörüntülər paylaşılıb.
İddiaya görə, yeni bulvarda işin keyfiyyətsiz görülməsi nəticəsində yağış suları metlaxların arasına sızaraq onları yerindən oynadıb. Bəzi metlaxların üzərinə ayaq qoyanda onların altına yığılan su ətrafa sıçrayır. Artıq bir çox metlaxı söküb ərazini təmizləyiblər.
İbRa



jpg-1668088315.jpg)
















