Xəbər verdiyimiz kimi, Rusiya sülhməramlıları Azərbaycanın media nümayəndələrinin (İTV, "Real" TV) Xocalıya (Azərbaycan ərazisinə) keçməsinə, bununla da ölkə ərazisində peşə fəaliyyəti borcunu yerinə yetirməsinə maneə törədib.
Məsələ ilə bağlı media hüququ üzrə ekspert Əlsəgər Məmmədli Bakıvaxtı.az-a bildirib ki, Rusiya sülhməramlılarının jurnalist peşə fəaliyyətinə mane olması hüquq pozuntusudur.
“Bu hadisə Azərbaycanın suverenliyinə müdaxilədir. Çünki sülhməramlı kontingentinin funksiyası Azərbaycan ərazisindən fəaliyyət göstərən mediaya mane olmaq yox, ümumiyyətlə onun fəaliyyətinə qarışmamaq olmalıdır. Media əlində top-tüfəng daşımır, informasiya toplayır”, -deyə Ə.Məmmədli bildirib.
O qeyd edib ki, Rusiya sülhməramlı kontingetinin missiyasının mandatında Azərbaycan jurnlaistlərinin fəaliyyətini tənzimlə ilə bağlı qeyd yoxdur: “Nə 10 noyabr bəyanatı, nə də digər sənədlər ona bu səlahiyyəti verməyib. Özünü işğalçı kimi aparan bu yaramaz komanda-rus sülməramlıları bir an öncə rədd olub getməlidir. Azərbaycan hökuməti tam icra olunmayan 10 noyabr bəyanatına son qoyulması ilə bağlı qərarını Rusiyaya bildirməlidir”.
Ramid İbrahimov
















