• Bakı 12° C

    4.8 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

“Burada şübhəli məqam axtarmaq düşmənçilikdir” - Deputat

SİYASƏT

08 Dekabr 2023 | 11:46 | Müəllif: Qalib İbrahimoğlu

“Burada şübhəli məqam axtarmaq düşmənçilikdir” - Deputat

“Növbədənkənar seçkilər ərazi bütövlüyümüzün təsbiti deməkdir”.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri deputat Ziyafət Əsgərov Milli Məclisin bugünkü plenar iclasında bildirib.

Onun sözlərinə görə, Konstitusiyamızın 1 və 2-ci maddələrində göstərilib ki, hakimiyyətin mənbəyi və suverenliyin daşıyıcısı xalqdır: “İş burasındadır ki, indiyə qədər Prezident seçkilərində Qarabağ və bitişik rayonlar həmişə işğalda olub. Deməli, bizim ərazi bütövlüyümüz və suverenliyimiz təsbit olunmayıb. 1995-ci ildə ilk Konstitusiyamız qəbul ediləndə də belə idi. Düzdür, de-yure o ərazilər bizim idi. Amma indi ərazi bütövlüyümüz bərpa olunub. Cənab Prezident xalqa müraciət edərək bildirir ki, sizin haqqınızdır öz suveren hüququnuzdan istifadə edərək Prezidenti seçəsiniz və bütün ərazilərimizdə həm de-yure, həm də de-fakto hakimiyyət bərpa olunsun”.

Deputat bildirib ki, Konstitusiya xalq tərəfindən qəbul olunduğundan, prezidentin bütün ərazilərimizdə hakimiyyətin tam bərqərar olması üçün xalqın iradəsi lazımdır: “Burada nə isə şübhəli başqa məqam axtarmaq düşmənçilikdir”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026