• Bakı 7° C

    8.18 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Bütün meymunları öldürən virus AŞKARLANIB

DÜNYA

02 Oktyabr 2022 | 13:16 | Müəllif: Subhan Mahmudov

Bütün meymunları öldürən virus AŞKARLANIB

Alimlər Afrika meymunlarında mövcud olan və növbəti pandemiya təhlükəsini yarada biləcək virus aşkarladıqlarından qorxurlar.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Daily Mail" yazıb.

Hemorragik qızdırma virusu (SHFV) daxili qanaxma da daxil olmaqla dağıdıcı Ebolaya bənzər simptomlara səbəb olur və yoluxduğu demək olar ki, bütün primatları öldürür.

Virus immunitet sisteminə hücum edərək əsas müdafiə mexanizmlərini söndürür və bədən hüceyrəsini məhv edir.

İndiyə qədər insanların virusa yoluxması aşkar edilməyib, lakin amerikalı tədqiqatçıların fikrincə, virus yayılmağa hazırdır.(report)

Laboratoriya tədqiqatlarında virusun insan reseptorlarına asanlıqla qoşula və öz surətlərini yaratmağa qadir olduğunu aşkar ediblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026