Cənubi Koreyanın paytaxtı Seulda Hellouin şənliyində izdiham nəticəsində ölənlərin sayı 156-ya yüksəlib.
Bakıvaxtı.az “Yonhap” agentliyinə istinadən xəbər verir ki, izdiham nəticəsində 151 nəfər xəsarət alıb. Xəstəxanaya yerləşdirilən 40 nəfərdən 29-unun vəziyyəti ağır olaraq qiymətləndirilir.
Xatırladaq ki, hadisə oktyabrın 29-u paytaxtın gecə həyatı ilə məşhur İthevon bölgəsində baş verib. On minlərlə gənc Hellouin qeyd etmək məqsədilə həmin əraziyə yollanıb. İzdiham isə sözügedən ərazidə ensiz küçələrdən birində baş verib.
















