• Bakı 21° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

"Türkiyə buna görə G20-də ilk beşlikdədir" - Ərdoğan

DÜNYA

01 Dekabr 2022 | 00:18 | Müəllif: Subhan Mahmudov

"Türkiyə buna görə G20-də ilk beşlikdədir" - Ərdoğan

Türkiyə ÜDM artımına görə G20 liderləri arasında ilk beşliyə daxildir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.

Prezident qeyd edib ki, Türkiyə iqtisadiyyatı 2022-ci ildə rekord artım əldə edəcək:

"Bu, ölkəmizin güclənməsinin göstəricisidir. Əminəm ki, 2022-ci ildə iqtisadi artım rekord həddə çatacaq və ölkə 2023-cü ilə uğurla qədəm qoyacaq”.

Ərdoğan dünyada tənəzzülün davam etdiyi bir vaxtda Türkiyənin iqtisadi artımı davam etdirməsini xüsusilə əhəmiyyətli adlandırıb.

O, Türkiyə iqtisadiyyatının 3,9% böyüdüyü bu ilin üçüncü rübünün statistikasına diqqət çəkib.

Xatırladaq ki, noyabrın 24-də Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini illik 9%-ə endirib. Bununla yanaşı, ölkənin Statistika İnstitutunun məlumatına görə, illik hesabatda inflyasiya oktyabrda sürətlənərək 85,51%-ə çatıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026