Türkiyənin milli müdafiə naziri Hulusi Akar ukraynalı həmkarı Oliksiy Reznikov və eləcə də bu ölkənin infrastuktur naziri Oleksandr Kubrakov ilə telefonla danışıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Məlumata görə, onlar taxıl ixracı məsələsini müzakirə ediblər.
Türkiyənin milli müdafiə naziri bu prosesin müharibədən asılı olmayaraq reallaşmasının zəruriliyini vurğulayıb.
H.Akar deyib ki, Türkiyə regionda sülhün təmin olunması təşəbbüslərini bundan sonra da davam etdirəcək. İndiyədək təxminən 10 milyon tona yaxın taxılın dünya bazarına ixrac olunduğuna diqqət çəkən Akar, bunun qlobal qida böhranının aradan qaldırılmasına böyük töhfə verdiyini vurğulayıb.
İsmayıl Alısoy


jpg-1667283943.jpg)













