"Laçın-Xankəndi yolunda Azərbaycan xalqının malının talan olunması, ekologiyasının korlanması səbəbilə erməni terroristləri ilə birləşmiş rus sülhməramlılarına etirazların, haqlı aksiyasının keçirilməsini dəstəkləyirik".
Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Milli Məclisin bugünkü iclasında deputat Siyavuş Novruzov deyib.
Deputat qeyd edib ki, onlar bir Azərbaycan vətəndaşı kimi öz vəzifələrini yerinə yetirirlər: "Orda bütün yaş təbəqələri ilə yanaşı, gənclər də çox aktiv şəkildə iştirak edirlər. Gənclərimiz göstərdi ki, onlar ermənilərin törətdiklərini nəinki unutmayacaqlar, onlar hətta köhnə nəsildən daha fəaldırlar. Vaxtilə 20 Yanvarda gənclərimiz topun-tankın qabağında dayanmışdılar, indi də gənclərimiz sərvətlərimizin qarşısında dayanırlar. Bütün qələbələr Azərbaycan xalqı ilə olacaq”.
Nuranə Daxilqızı
















