• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

CAR-da ildırım düşüb, iki nəfər ölüb, 150 nəfər yaralanıb

DÜNYA

04 Yanvar 2026 | 20:57 | Müəllif: Əli Hüseynov

CAR-da ildırım düşüb, iki nəfər ölüb, 150 nəfər yaralanıb

Cənubi Afrika Respublikasının (CAR) şimalında keçirilən bayram tədbiri zamanı ildırım düşməsi nəticəsində iki nəfər ölüb, təxminən 150 nəfər yaralanıb.

Bakıvaxtı.az-ın xəbərinə görə, bu barədə yerli EWN radiostansiyası Şimal-Qərb əyalətinin səhiyyə orqanlarına istinadən məlumat yayıb.

Hadisə paytaxt Pretoriyadan 70 kilometr şimalda yerləşən Dertiq qəsəbəsində baş verib. İnsanlar ənənəvi musiqi və rəqs festivalına toplaşanda ildırım çaxmağa başlayıb və izdihamı ildırım vurub.

Radiostansiyanın məlumatına görə, 13 nəfərin vəziyyəti ağırdır. Hazırda ümumilikdə 49 nəfər xəstəxanadadır. Qalanları tibbi yardım aldıqdan sonra evə buraxılıb.

Hazırda CAR-da tez-tez və qeyri-adi şiddətli ildırımlarla xarakterizə olunan yağışlı mövsümdür.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026