• Bakı 9° C

    5.73 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Cəlilabadda ev tamamən yanaraq kül oldu

HADİSƏ

18 Fevral 2024 | 23:51 | Müəllif: Subhan Mahmudov

Cəlilabadda ev tamamən yanaraq kül oldu

Cəlilabad rayonunda yanğın hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Cəlilabad şəhəri Cavadxan küçəsində yerləşən birmərtəbəli fərdi yaşayış evində qeydə alınıb.

Yanğın yerinə Cəlilabad rayon yanğından mühafizə hissəsinin əməkdaşları və texnikaları cəlb olunub. Buna baxmayaraq ümumi sahəsi 100 kvadratmetrə yaxın olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR