• Bakı 8° C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Bakıda oğurladıqları maşını Ağcabədiyə aparan şəxslər saxlanıldı

HADİSƏ

19 Mart 2024 | 16:29

Bakıda oğurladıqları maşını Ağcabədiyə aparan şəxslər saxlanıldı

Bakının Xəzər rayonundan oğurladıqları avtomobili Ağcabədiyə aparan şəxslər saxlanılıblar.

Bakıvaxtı.az DİN-ə istinadən xəbər verir ki, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə paytaxt sakini olan bir nəfər müraciət edərək “VAZ-2107” markalı avtomobilin qaçırıldığını bildirib.

Şöbə əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Əliyev Əyyar, Hacızadə Elgiz və Məmmədli Rafiq saxlanılıblar. Saxlanılan şəxslər oğurladıqları avtomobili Ağcabədi rayonuna aparıblar. Onların məqsədi maşını ehtiyat hissələrinə ayırıb satmaq olub. Nəqliyyat vasitəsi rayon ərazisində sökülmüş vəziyyətdə tapılıb. Faktla bağlı 2-ci Polis Şöbəsində araşdırmalar davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026