• Bakı 13° C

    8.31 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Cəlilabadda “patı” satışı ilə məşğul olan 7 nəfər saxlanılıb

HADİSƏ

09 Avqust 2021 | 11:31

Cəlilabadda “patı” satışı ilə məşğul olan 7 nəfər saxlanılıb

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində psixotrop maddə və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri İ.Baxşəliyev, Ə.Hümbətov, Z.Baxşəliyev, S.Abdullayev, N.İbadov, A.Əliyev və M.Musayev saxlanılıblar.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, keçirilən baxış zamanı onların üzərindən hazır bükümlərdə narkotik vasitə heroin və "patı", "şüşə" kimi tanınan psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026