Türkiyədə son 5 gündə 81 vilayətdə həyata keçirilən "Çember-22" əməliyyatlarında axtarılan 3 min 126 nəfərin saxlanıldığı açıqlanıb.
Bakıvaxtı.az türk mediasına istinadla xəbər verir ki, oğurluğa görə 497, dələduzluğa görə 199, talama 87, adam öldürmə 65, cinsi zorakılıq cinayətlərinə görə 92, narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə 561, qaçaqmalçılığa görə 281, digər cinayətlərə görə isə ümumilikdə 3126 nəfər saxlanılıb.
Daxili İşlər Naziri Əli Yerlikaya isə əməliyyatları idarə edən polis qüvvələrini və asayiş keşikçilərini təbrik edib.
Əli Hüseynov