Cənubi Afrika Respublikası ABŞ-nin ölkə nümayəndələrinə akkreditasiya verməkdən imtina etməsi səbəbindən bu ilin sonuna qədər G20 çərçivəsində keçirilən tədbirlərdə iştirakdan imtina edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Cənubi Afrika Respublikasının maliyyə naziri İnok Qodonqvana məlumat yayıb.
Məlumata görə, qərar ABŞ-nin “Böyük iyirmilik” çərçivəsində keçiriləcək görüşlər, o cümlədən sammit üçün Cənubi Afrika nümayəndə heyətinə akkreditasiya verməməsi ilə əlaqədar qəbul edilib.
İnok Qodonqvana Vaşinqtona – Beynəlxalq Valyuta Fondu və Dünya Bankının iclaslarında iştirak etmək üçün yola düşməzdən əvvəl bildirib ki, ölkəsi formal olaraq G20 üzvü olsa da, ABŞ tərəfindən akkreditasiya almayıb.
Nazirin sözlərinə görə, bu vəziyyət Cənubi Afrikanın cari il ərzində G20 toplantılarında iştirakını qeyri-mümkün edir. O qeyd edib ki, respublika bu il təşkilat çərçivəsində fəaliyyətinə fasilə verəcək və Böyük Britaniyanın sədrliyi dövründə “Böyük iyirmiliyə” qayıdacaq.
Qeyd edək ki, Böyük Britaniya 2026-cı ilin sonlarında G20-yə sədrliyi ABŞ-dən təhvil almalıdır.
Bakı 




