• Bakı 15° C

    3.79 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Cənubi Koreyada meşə yanğınları - 26 ölü

DÜNYA

27 Mart 2025 | 10:15

Cənubi Koreyada meşə yanğınları - 26 ölü

Cənubi Koreyada meşə yanğınlarında ölənlərin sayı 26 nəfərə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Həmçinin 30 nəfərin xəsarət aldığı, 37 minə yaxın insanın evlərini tərk etməyə məcbur olduğu bildirilib.

Məlumata görə, 325 obyekt, o cümlədən 117 yaşayış evi yanğından zərər çəkib.

Ölkənin cənub-şərqində meşə yanğınları martın 21-də başlayıb. Hökumət üç bölgədə - Ulsan şəhəri, Kyonsan-Pukto və Kyonsan-Namdo əyalətlərində fəlakət rejimi elan edib.


SON XƏBƏRLƏR

29 Mart 2025