• Bakı 7° C

    8.18 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Çətənə kolları yetişdirən dörd nəfər saxlanılıb

HADİSƏ

13 Iyul 2024 | 09:26

Çətənə kolları yetişdirən dörd nəfər saxlanılıb

Sabirabad Rayon Polis Şöbəsinin Qaragüney Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan rayon sakinləri Fəzail Məcidov, qardaşı Fədayıl, İnqilab İsmiyev və Elşad Heydərli saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, iki qardaşa məxsus rayonun Çöl Beşdəli kəndi ərazisində yerləşən fermanın sahəsinə baxış zamanı xüsusi aqrotexniki qaydada qulluq edərək yetirdikləri yaş çəkisi yarım ton olan 516 ədəd çətənə kolu və 6 kiloqram marixuana aşkarlanıb.

    Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar aparılır.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    24 Noyabr 2026