• Bakı 11° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Çətin relyefdə xidmət edən hərbçilərlə görüşlər keçirildi

CƏMİYYƏT

23 Dekabr 2023 | 12:53 | Müəllif: Subhan Mahmudov

Çətin relyefdə xidmət edən hərbçilərlə görüşlər keçirildi

Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının və vətənpərvərlik hissinin daha da yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir.

Bakıvaxtı.az xəbər verir ki, müdafiə nazirinin tapşırığına əsasən Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin bir qrup zabit heyəti işğaldan azad edilmiş ərazilərdə dislokasiya olunan bölmələrdə olub.

Çətin relyefli ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşlərdə şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti, xidməti-məişət şəraiti öyrənilib, onları maraqlandıran suallar cavablandırılıb.
Həmçinin hərbi qulluqçularla milli-mənəvi dəyərlərə sadiqlik, dövlətçilik və vətənpərvərlik ruhunda maarifləndirici söhbətlər aparılıb, onlara hərbi xidmətlə bağlı lazımi tövsiyələr verilib.

Müdafiə Nazirliyi rəhbərliyinin müvafiq qərar və əmrlərinin tələbləri, o cümlədən sayıqlığın artırılmasına dair təlimatları və təhlükəsizlik qaydaları şəxsi heyətə çatdırılıb. Hərbi qulluqçuların mənəvi-psixoloji hazırlığı yüksək qiymətləndirilib.

Hərbi qulluqçular isə öz növbələrində göstərilən etimadı nümunəvi xidmətləri ilə doğrultmağa çalışdıqlarını bildiriblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026