13 fevral 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Almaniya Federativ Respublikasına işgüzar səfərə yola düşüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Səfər çərçivəsində nazir Ceyhun Bayramovun 61-ci Münxen Təhlükəsizlik Konfransında iştirakı, habelə yüksək səviyyəli dövlət rəsmiləri ilə görüşləri nəzərdə tutulub.