• Bakı 13° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ceyhun Bayramov Berboka təşəkkür etdi

SİYASƏT

28 Fevral 2024 | 19:26 | Müəllif: Subhan Mahmudov

Ceyhun Bayramov Berboka təşəkkür etdi

Xarici işlər naziri Ceyhun Bayramov Almaniya XİN rəhbəri Annalena Berboka təşəkkür edib.

Bakıvaxtı.az xəbər verir ki, C.Bayramov bu barədə "X" sosial şəbəkəsində yazıb: 

"Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında sülh sazişi layihəsi üzrə danışıqların növbəti raunduna ev sahibliyi etdiyi üçün Almaniya tərəfinə və nazir Annalena Berboka təşəkkür edirəm. Bu, Azərbaycanın sülhə sadiqliyini bir daha bəyan etmək üçün yaxşı fürsət idi".

Qeyd edək ki, Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov və Ermənistan XİN rəhbəri Ararat Mirzoyanın görüşü Almaniya XİN rəhbəri Annalena Berbokun iştirakı ilə üçtərəfli formatda davam edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026