• Bakı 16° C

    7.34 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Ceyhun Bayramov Blinkenin köməkçisi ilə danışıqlar apardı

SİYASƏT

19 Sentyabr 2023 | 23:46 | Müəllif: Subhan Mahmudov

Ceyhun Bayramov Blinkenin köməkçisi ilə danışıqlar apardı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini vəzifəsini icra edən Yuri Kimlə görüşüb və onu Qarabağdakı lokal xarakterli antiterror tədbirləri barədə məlumatlandırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi sosial şəbəkədə məlumat yayıb.

“BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini vəzifəsini icra edən Yuri Kimlə görüşüb. Regionda baş verən son hadisələr, Azərbaycanın Qarabağ bölgəsində qanunsuz yerləşdirilmiş erməni qüvvələrinin təxribatlarına cavab olaraq görülən tədbirlər müzakirə edilib”, - XİN bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026