Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Skopyedə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 30-cu iclasında iştirak edir.
Bakıvaxtı.az xəbər verir ki, iclası giriş sözü ilə Şimali Makedoniyanın Baş naziri Dimitar Kovaçevski açıb.
***
08:18
Noyabrın 30-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Şimali Makedoniyanın paytaxtı Skopye şəhərinə işgüzar səfərə yola düşüb.
Bu barədə Bakıvaxtı.az-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib.
Məlumata görə, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 30-cu iclasında iştirakı və çıxışı, habelə tədbirdə iştirak edən digər ölkələrin rəsmi şəxsləri ilə görüşlərinin keçirilməsi nəzərdə tutulub.