• Bakı 10° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Çimərlikdən motosiklet oğurlayan şəxs tutuldu

CƏMİYYƏT

01 Avqust 2023 | 10:37

Çimərlikdən motosiklet oğurlayan şəxs tutuldu

İyulun 30-da saat 23 radələrində Novxanı çimərliyində Bakı şəhər sakini R.Həsənova məxsus “Nama” markalı motosikletin qaçırılması barədə polisə məlumat daxil olub.

DİN-dən Bakıvaxtı.az-a verilən xəbərə görə, Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş Anar Həsənov motosikletlə saxlanılıb.

Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR