Çin Xalq Bankı (PBOC) bir il müddətinə kreditlər üzrə baza faiz dərəcəsini illik 3,1 faizə - 25 baza bəndi azaldıb.
Bakıvaxtı.az "Trading Economics"ə istinadən xəbər verir ki, Çin Mərkəzi Bankı ən böyük iqtisadi stimullaşdırıcı tədbirlər paketini təqdim edib.
Paketə görə, müddəti 5 ildən çox olan kreditlər üzrə baza faiz dərəcəsi də 25 baza bəndi azalaraq 3,6% təşkil edib. Faiz endirimindən sonra Şanxay Kompozit indeksi 0,2%, Shenzhen Komponenti isə 1,3% artıb.
Analitiklər bir illik kreditlər üzrə faiz dərəcəsinin 3,15%-ə, beş illik kreditlər üzrə isə 3,65%-ə düşəcəyini gözləyirdilər.
Gülşən Şərif



jpg-1732090027.webp)












