Çinin "Long March-6B" buraxılış raketi mülki istifadə üçün Ziyuan III yüksək dəqiqlikli məsafədən zondlama peykini orbitə buraxıb.
Bakıvaxtı.az "China Daily" qəzetinə istinadən xəbər verir ki, "Long March 6B" orta sinif bərk yanacaqlı raket Çinin şimalındakı Şansi əyalətindəki Tayyuan Peyk Buraxılış Mərkəzindən havaya qalxıb.
Peyk 500 km yüksəklikdə təyin olunmuş orbitə uğurla daxil olub.
2650 kq-lıq cihaz torpaq idarəçiliyi, su idarəçiliyi, resursların monitorinqi, ekologiya, şəhərsalma və fəlakətlərin idarə olunması üçün yüksək dəqiqlikli şəkillər çəkmək üçün nəzərdə tutulub. O, 2,1 m dəqiqlikli şəkillər çəkə bilən kamera ilə təchiz olunub.
Peyk Çin Aerokosmik Elm və Texnologiya Korporasiyasının (CASC) törəmə müəssisəsi olan Çin Kosmik Texnologiyalar Akademiyası tərəfindən hazırlanıb.
Gülşən Şərif
Bakı 



