• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Çində sabiq məmur korrupsiyaya görə CƏZALANDIRILDI

DÜNYA

18 Sentyabr 2021 | 16:33

Çində sabiq məmur korrupsiyaya görə CƏZALANDIRILDI

Çinin CITIC Group (Çin Beynəlxalq Trast Sərmayə Korporasiyası) dövlət şirkətinin sabiq icraçı direktoru Jao Cinqven barəsində iki ildən çoxdur davam edən məhkəmə istintaqı başa çatıb.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Hunan əyalətindəki Çanqşa Orta Xalq Məhkəməsində çıxarılan qətnamə ilə rüşvətxorluq və korrupsiya cinayətlərinə görə bütövlükdə 18 il həbs cəzasına və 3,2 milyon yuan (495 min dollar) məbləğində cəriməyə məhkum edilib.

Məhkəmə qərarına görə, müttəhim törətdiyi cinayətləri etiraf edərək peşman olduğu, qanunsuz ələ keçirdiyi vəsaitlərin hamısını təhvil verdiyi və istintaqa əngəl yaratmadığı üçün cəzası bir qədər yüngül olub.

Rəsmi məlumata əsasən, 2012-ci ildə hazırkı dövlət başçısı Si Cinpin hakimiyyətə gələndən bu yana ölkədə korrupsiyaya görə bütövlükdə 4,1 milyon nəfər müxtəlif cəzalara məruz qalıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026