• Bakı 20° C

    1.72 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Co Bayden prokurorluğa daha çox ixtiyar verəcək

DÜNYA

05 Iyun 2021 | 20:45

Co Bayden prokurorluğa daha çox ixtiyar verəcək

Demokrat administrasiya Trampın siyasətini radikal surətdə dəyişdirir.

ABŞ prezidentinin administrasiyası immiqrantlarla bağlı problemlərin həlli üçün prokurorluğa daha çox səlahiyyət verməsini düşünür.

Bu barədə “The Hill” saytı məlumat yayıb.

Bayden iqtidarı bununla da məhkəmə sisteminə xarici mühacirlərlə bağlı daha az iş gəlməsini planlayır.

Yeni qətnamə İmmiqrasiya və gömrük xidmətinin (İCE) müstəntiqlərinə qrin-kart sahibləri, həmçinin yaşlı və hamilə qadınlar, o cümlədən sağlamlığı ilə bağlı problem yaşayanlara qarşı cinayət işlərindən vaz keçməyə imkan verir.

Bununla Bayden hökuməti seçkiqabağı vədlərindən birini, yəni mühacirlərə ABŞ qapılarını yenidən açmaqla bağlı proqramı həyata keçirməyə çalışır.

Məlum olduğu kimi Donald Trampın dövründə bəhsi keçən federal agentlik (İCE) ölkəyə gələn immiqrantlara qarşı olduqca sərt siyasət sərgiləmiş və hətta valideynləri uşaqlarından ayıraraq onları gömrükdə xüsusi düşərgələrdə saxlamışdı./musavat/


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR