• Bakı 23° C

    3.46 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Conni keçmiş həyat yoldaşını itə bənzətdi

MƏDƏNİYYƏT

12 Iyul 2022 | 21:41 | Müəllif: Subhan Mahmudov

Conni keçmiş həyat yoldaşını itə bənzətdi

Hollivud ulduzu Conni Depp keçmiş həyat yoldaşı, amerikalı aktrisa Ember Hördə qarşı məhkəmədə qazandıqdan sonra aktyorluqla yanaşı musiqi karyerasına da geri dönüb.

Bakıvaxtı.az axşam.az-a istinadən xəbər verir ki, aktyor gitaraçı Ceff Bek ilə birgə yeni albom yazıb. Maraqlı məqamlardan biri isə Conninin alboma Emberin adını çəkdiyi mahnıları daxil etməsi olub. Bildirlib ki, aktyor mahnılardan birində keçmiş həyat yoldaşını "it" adlandırıb.

Onun "Sad Motherf-kin Parade" mahnısının sözlərindəki "Yeddi ildir qaşınan it kimi oturursan" ifadəsi ilə Emberə işarə etdiyi bildirilir. Bununla da aktyorun 7 il əvvəl evli olduğu aktrisaya eyham vurduğu deyilir.

Bundan başqa " Bir sikkəm olsaydı belə sənin əlinə çatmazdı" sözləri ilə isə Conni pulunu keçmiş həyat yoldaşı ilə bölüşmək fikrində olmamasına işarə edir.

Qeyd edək ki, albom iyulun 15-də işıq üzü görəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Sentyabr 2026