• Bakı 7° C

    7.65 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

COP29 zamanı maliyyə sektorunun iş rejimi necə olacaq? 

İQTİSADİYYAT

05 Noyabr 2024 | 12:05

COP29 zamanı maliyyə sektorunun iş rejimi necə olacaq?

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu (COP29) sessiyası çərçivəsində Azərbaycanda banklar, "Azərpoçt" MMC və valyuta mübadilə məntəqələri normal iş rejimində fəaliyət göstərəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Mərkəzi Bankından (AMB) bildirilib.

Məlumata görə, 8-13 noyabr 2024-cü il tarixləri qeyri-iş günlərinə təsadüf edir. Əvvəlki təcrübəyə uyğun olaraq qeyri-iş günlərində bankların və “Azərpoçt”un xidmət şəbəkəsi, habelə valyuta mübadilə məntəqələrinin iş qrafikinə dair məlumat Mərkəzi Bank tərəfindən ictimaiyyətə bildiriləcəkdir.

"COP29 tədbirlərinə təsadüf edən digər günlərdə isə banklar, "Azərpoçt" və valyuta mübadilə məntəqələri normal iş rejimində ölkəmizə təşrif buyurmuş qonaqlara və əhaliyə maliyyə xidmətləri göstərəcəklər", - AMB qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR