"Paytaxtda hər 5 avtomobildən 1-i ekoloji və təhlükəsizlik standartlarına cavab vermir".
Bakıvaxtı.az xəbər verir ki, bunu Təmiz Şəhər Açıq Səhmdar Cəmiyyətinin sədri Etibar Abbasov deyib.
O bildirib ki, avtomobillərin utilizasiya prosesini asanlaşdırmaq məqsədilə elektron portal vətəndaşların istifadəsinə verilib.
"Bu ilin fevral ayında fond yaradılıb və artıq bu fonda vəsaitlər daxil olmağa başlayıb. Qanunun tətbiqi isə sentyabrın 1-dən başlayıb və ilk utilizatorlar qeydə alınıb. Fevraldan bu günə qədər 48 manat məbləğində vəsait fonda toplanıb. Fond, müəyyən məqsədlərlə fəaliyyət göstərəcək və yalnız həmin proqram çərçivəsində istifadə oluna bilər"./Milli.az