• Bakı 7° C

    8.18 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

COVID-19 vaksini istehsalçıları nə qədər qazanıb?

DÜNYA

07 Mart 2021 | 21:29

COVID-19 vaksini istehsalçıları nə qədər qazanıb?

Koronavirus pandemiyasının vaksin istehsalçılarına külli miqdarda gəlir gətirdiyi heç kəs üçün sirr deyil.

Bakıvaxtı.ax xarici mətbuata istinadən xəbər verir ki,vaksinasiya prosesindən ən çox gəlir qazanan şirkətlər arasında “BioNTech” və “Pfizer” cütlüyü ilk yerdədir. Şirkətlərin vaksin satışından 15 milyard dollar gəlir qazanacağı proqnozlaşdırılır. Digər tərəfdən, son bir ildə “Pfizer” səhmlərinin 1.8%, “BioNTech” səhmlərinin isə 156% bahalaşması səbəbindən şirkətlərin məcmu gəlirlərinin 30 milyard dollara çata biləcəyi gözlənilir.

ABŞ-ın “Moderna” şirkəti də pandemiyadan qazanclı çıxanlar arasında yer alır. Şirkətin bu ili 18,4 milyard dollar gəlirlə başa vuracağı bildirilir.

“Johnson & Johnson” şirkəti də vaksin işinə bir qədər gec başlamasına baxmayaraq, cari ili 10 milyard dollarlıq gəlirlə tamamlaya bilər.

Adıçəkilən şirkətlərlə yanaşı, pandemiya dövründə Çinin “Sinovac”, ABŞ-ın “Novovax” və Rusiya peyvənd istehsalçılarının da külli miqdarda vəsait qazandıqları bildirilir.(oxu.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026