• Bakı 11° C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

COVID-19: Yanlış müalicənin qarşısını necə almalı?

CƏMİYYƏT

06 Dekabr 2021 | 17:33 | Müəllif: Qalib İbrahimoğlu

COVID-19: Yanlış müalicənin qarşısını necə almalı?

Koronavirusa yoluxan əksər xəstələr xəstəxanaya üz tutmaqdansa evdə müalicəyə üstünlük verirlər. Amma evdə müalicələrin hamısı da doğru aparılmır. Səhv müalicə xəstənin vəziyyətini bir qədər də ağırlaşdırır, nəticədə isə insan həyatını itirir.

Səhv müalicənin qarşısının alınması üçün nə etmək olar? İnfeksionist Nicat Əzimli Bakıvaxtı.az-a bildirib ki, müalicədə istifadə olunan dərmanların sayının az, effektinin isə çox olmasına, xüsusilə spesifik terapiyanın vaxtında və düzgün seçilməsinə diqqət olunmalıdır: “Hansı ki, burada antiviral preparatlardan söhbət gedir. Hazırda Azərbaycanda geniş tətbiq olunan “Favipiravir”, “Arbidol” kimi dərmanların effektinin olmaması çoxdan öz təsdiqini tapıb. Bu sahədə yeni preparatların axtarışı dünyada davam etməkdədir”.

Onun sözlərinəgörə, bu yaxınlarda artıq dünyanın bir çox ölkəsi Molnupiravir adlı preparatın istehsalına başlamaq qərarı verib: “Hansı ki, vaxtında tətbiq olunarsa, xəstəxanaya yatışları 50% azaldan dərmandan söhbət gedir”.

İnfeksionist bu cür və bundan daha effektiv dərmanların istifadəyə verilməsinə hazırda xeyli ehtiyac olduğunu vurğulayıb.

 Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026