Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 553 yeni yoluxma faktı qeydə alınıb, 736 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Bakıvaxtı.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.
Verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 11 nəfər vəfat edib
İndiyədək ölkədə ümumilikdə 618 918 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 603 055 nəfər müalicə olunaraq sağalıb, 8 409 nəfər vəfat edib. Aktiv xəstə sayı isə 7 454 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 529, bu günə qədər isə ümumilikdə 5 899 189 test icra olunub.

















