• Bakı 22° C

    3.47 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

"Çox qan töküləcək" - Zelenskidən qorxunc AÇIQLAMA

DÜNYA

21 May 2022 | 12:53 | Müəllif: Subhan Mahmudov

"Çox qan töküləcək" - Zelenskidən qorxunc AÇIQLAMA

"Mən ilk gündən müharibədə qələbə qazanacağımıza əmin idim".

Bakıvaxtı.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski andiçməsinin 3-cü illiyi ilə bağlı xanımı Yelena Zelenskaya ilə birgə müsahibəsində bildirib.

Ukrayna Prezidenti qeyd edib ki, qələbə çətin olacaq və çox qan töküləcək. O, tərəflərin tələblərindən bəhs edərək deyib:

"Biz hamısını qaytarmaq istəyirik, Rusiya isə heç nəyi geri vermək istəmir. Müharibənin sonu diplomatik olacaq".

Volodimir Zelenski qeyd edib ki, ukraynalılara hörmətinin dəyişməməsindən daha çox qürur duyur:

"Mən insanlarımıza inanmışam. Bu müharibə başlıcası bütün dünyaya sübut etdi ki, bizim belə insanlarımız var".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026