• Bakı 11° C

    3.24 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Cüdoçumuz “Böyük dəbilqə”də bürünc medal qazandı

İDMAN

01 Aprel 2021 | 20:59

Cüdoçumuz “Böyük dəbilqə”də bürünc medal qazandı

Antalyada keçirilən cüdo üzrə “Böyük dəbilqə” turnirində cüdoçumuz bürünc medal qazanıb.

Bakıvaxtı.az xəbər verir ki, kişilər arasında keçirilən yarışın dörddəbir finalında Nicat Şıxəlizadə (66 kiloqram) bürünc medal uğrunda Kilian Le Bluya qalib gələrək üçüncü yeri tutub.

Digər təmsilçimiz, onunla eyni çəki dərəcəsində mübarizə aparan Orxan Səfərov isə üçüncü yer uğrunda mübarizədə rusiyalı Murad Çopanova uduzaraq medalsız qalıb.

Doxsan üç ölkədən 440 cüdoçunun mübarizə apardığı turnirdə Azərbaycan 13 idmançı ilə təmsil olunur. Yarış aprelin 3-dək davam edəcək.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026