• Bakı 19° C

    5.33 m/s

  • USD - 1.7

    EUR - 1.9277

    RUB - 2.0509

Cüneyt Yüksel: İşğalçıların Qarabağın yaxınından keçə bilməyəcəyi qızıl hərflərlə dünya tarixinə həkk edilib

CƏMİYYƏT

07 Dekabr 2024 | 13:03

Cüneyt Yüksel: İşğalçıların Qarabağın yaxınından keçə bilməyəcəyi qızıl hərflərlə dünya tarixinə həkk edilib

“Zəngəzur dəhlizi vaxt itirilmədən açılmalıdır”.

Bakıvaxtı.az xəbər verir ki, bunu “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransında Türkiyə Böyük Millət Məclisinin Ədliyyə komissiyasının sədri Cüneyt Yüksel deyib.

Onun sözlərinə görə, İlham Əliyevin göstərişi ilə Qarabağın yenidən qurulması üçün 4 ildir canla-başla çalışılır.

“Bu istiqamətdə böyük irəliləmə qeyd edilib. Azad edilən torpaqların küllərindən yenidən doğulduğuna sevinclə şahidlik edirik. Sabah Qarabağa edəcəyimiz səfər vasitəsilə inşa fəaliyyətini yaxından görmək fürsətinə sahib olacayıq. 
İllərdir doğulduqları torpaqlardan uzaq qalanlar, ata-baba yurdlarına dönməyi həsrətlə gözləyənlər zaman itirmədən Qarabağı yenidən yaşatmağa başlayıb”. 

C.Yüksel son seçkilərin Qarabağ daxil olmaqla bütün Azərbaycanda keçirilməsinin Qarabağın mahiyyəti haqqında ağlında sual işarətləri qalan daxili və xarici qüvvələrin həvəslərini ürəklərində qoyduğunu söyləyib:

“Bu seçkilər Qarabağın Azərbaycan torpağı olduğunu bütün dünyaya çatdırıb. İşğalçıların artıq Qarabağın yaxınından belə keçə bilməyəcəyini qızıl hərflərlə dünya tarixinə həkk edib”.

Mina Mikayılova


SON XƏBƏRLƏR

24 Aprel 2025