• Bakı 12° C

    4.8 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Cütlük yeni doğulan körpəni satmaq istədi

DÜNYA

23 Avqust 2022 | 09:27 | Müəllif: Subhan Mahmudov

Cütlük yeni doğulan körpəni satmaq istədi

Qazaxıstanda gənc cütlük yeni doğulan uşağını satmaq qərarına gəlib.

Bakıvaxtı.az oxu.az-a istinadən xəbər verir ki, 24 yaşlı qadın 21 yaşlı ortağı ilə iki ay əvvəl alıcı axtarmağa başlayıb. Almatıda iki sakin körpə almaq istədiklərini bildiriblər. Razılaşmanın dəyəri 2 milyon tenge olub.

Alış-veriş həftə sonuna planlaşdırılsa da, polis buna imkan verməyib və vasitəçilər saxlanılıb.

Bundan əlavə, uşağa sənəd verəcəyini vəd edən qadın da ələ keçib.

Uşaq cütlüyün əlindən alınıb, hazırda o, tibb müəssisəsindədir.

Hüquq-mühafizə orqanları araşdırma aparır. Şübhəlilər isə müvəqqəti saxlama təcridxanasına yerləşdirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026