• Bakı 12° C

    6.46 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Daha 13 ölkədən Azərbaycana uçuşlara icazə verildi

GÜNDƏM

03 Sentyabr 2021 | 20:50 | Müəllif: Subhan Mahmudov

Daha 13 ölkədən Azərbaycana uçuşlara icazə verildi

Baş nazir Əli Əsədov "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərara dəyişiklik edilməsi ilə bağlı qərar imzalayıb.

Bu barədə Bakıvaxtı.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Qərara əsasən, 2021-ci il 6 sentyabr tarixindən hava nəqliyyatı vasitəsilə aşağıdakı ölkələrin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilir:

- Çin Xalq Respublikası;

- Estoniya Respublikası;

-.Finlandiya Respublikası;

- Fransa Respublikası;

- Honq-Konq (ÇXR);

- Xorvatiya Respublikası;

- İslandiya Respublikası;

- İtaliya Respublikası;

- Latviya Respublikası;

- Malayziya;

- Səudiyyə Ərəbistanı Krallığı;

- Yaponiya.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026