• Bakı 22° C

    4.27 m/s

  • USD - 1.7

    EUR - 1.8905

    RUB - 0.0186

Daha bir erməni hərbçi güllələndi

DÜNYA

17 Sentyabr 2024 | 15:06

Daha bir erməni hərbçi güllələndi

Ermənistan ordusunun daha bir hərbi qulluqçusu yaralanıb.

Bakıvaxtı.az-ın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, erməni hərbçi silah doldurarkən ehtiyatsızlıqdan açılan atəş nəticəsində xəsarət alıb.

Hərbçi əməliyyat olunub, həyatı üçün təhlükə yoxdur. İstintaq Komitəsindən verilən məlumata görə, hadisə ilə bağlı cinayət işi başlanıb.

Qeyd edək ki, sentyabrın 15-də Ermənistanın Zəngəzur bölgəsinin (Sünik) Sisian rayonunda yerləşən döyüş mövqeyində 2 əsgər bir-birini güllələyib.  Məlumata görə, hərbçilər arasında əvvəlcə mübahisə baş verib, sonra bir-birlərinə silah tuşlayıblar. Atışma nəticəsində onların hər ikisi yaralanıb. Əsgərlər Xəstəxanaya aparılıblar. 


SON XƏBƏRLƏR

18 Sentyabr 2024