Böyük Britaniya hökumətində iki gündə altı nazir və bir nazir müavini istefa verib.
Bakıvaxtı.az xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.
Məlumata görə, iyulun 5-də maliyyə naziri Rişi Sunak və səhiyyə naziri Sacid Cavid istefa verib.
İyulun 6-da isə xəzinə naziri Con Glen, daxili işlər naziri Viktoriya Atkins, orta məktəblər üzrə məsul nazir Robin Volker, uşaq və ailə məsələləri üzrə nazir Vill Kuinse, nəqliyyat nazirinin müavini Laura Trott da tutduqları vəzifədən istefa verdiklərini bildiriblər.
*** 13:07
Böyük Britaniyanın məktəb məsələləri üzrə naziri Robin Valker istefa verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Robin Valker "Twitter"də bildirib.
O deyib ki, istefası ilə bağlı artıq ərizəsini təqdim edib.
“Bizim parlaq məktəblərimizə dəstək olmaq üçün işləmək bir şərəf idi”, - o qeyd edib.
Xatırladaq ki, iyulun 5-də Britaniyanın maliyyə və səhiyyə nazirləri istefa verib.
















