• Bakı 26° C

    2.47 m/s

  • USD - 1.7

    EUR - 1.7309

    RUB - 0.0278

Zelenski Sinpinlə niyə danışmaq istəyir?

DÜNYA

05 Avqust 2022 | 13:17

Zelenski Sinpinlə niyə danışmaq istəyir?

“Zelesnkinin Tis Sinpinlə telefon danışığında məqsədi odur ki, Tayvan böhranı fonunda Çinin Rusiyanın işğalçı siyasətinə dəstəyi artmasın”.

Bakıvaxtı.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfəri Çinin imicinə zərbə vurub: “Pekin Nensi Pelosi Tayvana gedərsə, sərt addımlar atacağını açıqlamışdı. Səfər reallaşdı, çoxları Pekinin hansı şəkildə cavab verəcəyini proqnozlaşdırmağa çalışır. Çin bu səfərə görə ABŞ-la hərbi qarşıdurmada maraqlı deyil. Pekin iki ölkə arasındakı gərginliyi daha da artırmaq və əsas ticarət tərəfdaşlarından biri ABŞ-la körpüləri yandırmaq istəmir”.

Politoloq hesab edir ki, ancaq Pekinin hansısa formada cavabı olacaq. Pekin ilk növbədə Teyvan ətrafında halqanı daraltmağa çalışacaq.

E.Şahinoğluna görə, mümkündür ki, Çin hərbi qüvvələrinin Tayvan adası ətrafında sayı və təlimləri artsın. Bunun özü beynəlxalq aləmdə gərginliyi artıracaq.

Politoloqun fikrincə, Pelosinin Tayvana səfəri Çini Rusiya ilə daha da yaxınlaşdıracaq: “Bu, rəsmi Kiyevi narahat etməyə başlayıb. Təsadüfi deyil ki, Ukrayna prezidenti Vladimir Zelenski Çin lideri Tsi Sinpinlə telefonla danışmaq üçün Pekinə müraciət edib. Bu haqda Çin Xarici İşlər Nazirliyinin sözçüsü məlumat verib. Sözçü deyib ki, Pekin Kiyevlə dialoq içindədir, ancaq liderlərin telefonla danışıb-danışmayacağına dair hər hansı fikir işlətməyib. Zelesnkinin Sinpinlə telefon danışında məqsədi odur ki, Tayvan böhranı fonunda Çinin Rusiyanın işğalçı siyasətinə dəstəyi artmasın. Zelenski hesab edir ki, Pekin Moskvaya təsir edə bilər. Pekinin belə bir niyyətinin olduğunu söyləmək mümkün deyil. Pelosinin Tayvana səfəri Zelenskinin Çini Rusiyadan uzaq tutmaq istəyinin üstündən xətt çəkdi”.

Aytac Aslan

 


SON XƏBƏRLƏR