• Bakı 23° C

    3.06 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Daha bir şəhidin adı gəmiyə verilir - VİDEO

CƏMİYYƏT

23 Aprel 2022 | 00:28 | Müəllif: Qalib İbrahimoğlu

Daha bir şəhidin adı gəmiyə verilir - VİDEO

"Növbəti gəmimizin adı məlum oldu. Xüsusi Təyinatlı Qüvvələrin əfsanəvi döyüşçüsü Pəncəli Teymurov".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Palmali" şirkətinin mətbuat katibi Fidan Quliyeva sosial şəbəkədə bildirib.

Onun sözlərinə görə, “Palmali” Şirkətlər Qrupunda istismara veriləcək növbəti gəminin adlandırılması ilə bağlı toplantı keçirilib. “Magnoliya” tankeri qəhrəman şəhidimiz, mahir kəşfiyyatçı, sözün əsl mənasında, işğalçı Ermənistan ordusunun qorxulu yuxusuna çevrilən Pəncəli Teymurovun adını daşıyacaq: "İclas zamanı “Palmali”nin prezidenti Mübariz Mənsimov gəmi kapitanı Elmar Səlimova son tapşırıqlarını verib: gəmidə Şəhidimizin guşəsi yaradılmalı, Pəncəli Teymurovun adını layiqincə daşımalıdır".

F.Quliyeva qeyd edib ki, gəmi heyəti azərbaycanlılardan ibarətdir: "Ad dəqiqləşdirildikdən sonra Mübariz Mənsimov şəhid Pəncəli Teymurovun ailəsinə zəng edib. Düşünürəm bu anı izləmək hər kəsi qürurlandıracaq".

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR