• Bakı 22° C

    4.04 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

Dehlidə havanın çirklənməsinə görə məktəblər bağlanır

DÜNYA

13 Noyabr 2021 | 22:30 | Müəllif: Subhan Mahmudov

Dehlidə havanın çirklənməsinə görə məktəblər bağlanır

Hindistanın paytaxtı Dehli şəhərində havanın çirklənməsinin artması fonunda bir həftəlik məktəblər bağlanır.

Bakıvaxtı.az-ın verdiyi məlumata görə, bu barədə Dehli şəhərinin birinci naziri Arvind Kecrival deyib.

A.Kecrival bildirib: "Uşaqların çirkli hava ilə nəfəs almasının qarşısını almaq üçün bazar ertəsindən etibarən məktəblər bağlanacaq".

Bundan əlavə, bildirilir ki, şəhər hakimiyyətinin əmri ilə bütün tikinti işləri 4 gün müddətinə dayandırılır və bütün dövlət qulluqçuları məsafədən işə keçir. Şəxsi biznes isə "mümkün olduğu qədər" bu qaydaya əməl etməlidir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Sentyabr 2026