• Bakı 11° C

    3.74 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Erməni zabitlər çadır oğurladılar - Həbs olunanlar var

DÜNYA

13 Dekabr 2021 | 18:44 | Müəllif: Subhan Mahmudov

Erməni zabitlər çadır oğurladılar - Həbs olunanlar var

Ermənistan ordusunun bir qrup yüksək rütbəli zabiti hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, Ermənistanın İstintaq Komitəsinin yaydığı məlumatda qeyd olunur ki, cinayət işi ilə əlaqədar dörd hərbçi saxlanılıb, onlardan ikisi həbs edilib.

İstintaq materiallarda yazılıb ki, hərbi hissələrdən birinin polkovniki 2020-ci ilin iyul ayında həmin bölmənin geyim xidmətinin rəisi, polkovnik-leytenantı ilə əlbir olaraq, orduya məxsus çoxlu sayda çadırı oğurlayaraq satıblar.

Lakin sənədləşmədə oğurlanmış hərbi çadırlar 44 günlük müharibədə itmiş kimi qeydiyyata salınıb.

Yüksək rütbəli zabitlər barəsində istintaq davam edir.(oxu.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026