• Bakı 23° C

    1.03 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

DƏHŞƏT! Ana 3 uşağını 9-cu mərtəbədən atdı

DÜNYA

04 Aprel 2023 | 13:25 | Müəllif: Qalib İbrahimoğlu

DƏHŞƏT! Ana 3 uşağını 9-cu mərtəbədən atdı

Özbəkistanda ana 3 azyaşlı uşağını 9 mərtəbəli binanın pəncərəsindən atıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə paytaxt Daşkənddə qeydə alınıb.

Belə ki, 27 yaşlı qadın əvvəlcə 3 azyaşlı uşağını, daha sonra isə özünü 9 mərtəbəli binanın pəncərəsindən atıb.

Hadisə dünən axşam saatlarında baş verib.

Məlumata görə, qadın yaşadığı binanın 9-cu mərtəbəsində 3 uşağını pəncərənin qarşısına gətirərək bir-bir atıb. Hadisə nəticəsində uşaqlar və ana dünyasını dəyişib.

Özbəkistanın Baş Prokurorluğu məlumatı təsdiqləyib. Hadisənin səbəbləri araşdırılır.

Hadisə yerindən çəkilmiş videogörüntülər sosial şəbəkələrdə yayılıb.

Xəyalə Rza


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR