• Bakı 11° C

    0.24 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Çindən  Rusiya və Ukraynaya ÇAĞIRIŞ

DÜNYA

04 May 2023 | 12:44

Çindən Rusiya və Ukraynaya ÇAĞIRIŞ

“Biz Rusiya və Ukraynanı gərginliyin daha da artmasına səbəb olacaq hərəkətlərdən çəkinməyə çağırırıq”.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq keçirdiyi brifinqdə Kremlə PUA-larla hücuma münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Çinin Ukrayna böhranı ilə bağlı mövqeyi ardıcıl və aydındır: "Çin Ukrayna böhranında konstruktiv rol oynamaq üçün beynəlxalq ictimaiyyətlə birgə işləməyə davam edəcək".

Qeyd edək ki, mayın 3-də Kremlə dronlarla hücum olub. Rusiya Prezidentinin Mətbuat Xidməti bu məsələdə Ukraynanı ittiham edib və hadisəni terror aktı kimi qiymətləndirib. Kremldən bildirilib ki, bu, dövlət başçısı Vladimir Putinə sui-qəsd cəhdidir. Ukrayna tərəfi isə Rusiyaya hücum etmədiyini açıqlayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR