• Bakı 17° C

    2.72 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Dəhşətli qəza: Oqtay Əliyev dünyasını dəyişdi - YENİLƏNİB +VİDEO/FOTO

HADİSƏ

22 Mart 2023 | 19:40

Dəhşətli qəza: Oqtay Əliyev dünyasını dəyişdi - YENİLƏNİB +VİDEO/FOTO

Xəbər verdiyimiz kimi, Azərbaycanın əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri, rejissoru Oqtay Əliyev yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib.

Baş Dövlət Yol Polisi İdarəsindən Bakıvaxtı.az-a bildirilib ki, hadisə nəticəsində 1 nəfər vəfat edib, 2 xanım xəsarət alıb. 

Məlumata görə, Hadisə “Vaz” dairəsindən Saray qəsəbəsinə gedən yolda baş verib.

19:07

Saray qəsəbəsində tanınmış prodüsser Oqtay Əliyev və onun xanımı, aktrisa Dilarə Əliyeva dəhşətli qəzaya düşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə sosial şəbəkə istifadəçiləri məlumat yayıb.

Belə ki, Oqtay Əliyevin idarə etdiyi “Lexus” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb.

Qəza nəticəsində O.Əliyev dünyasını dəyişib.

Həmçinin avtomobildə olan xalq artisti Mehriban Zəki yaralanıb, əməkdar artist, tanınmış aktrisa Dilarə Əliyeva isə yüngül xəsarətlər alıb.


SON XƏBƏRLƏR